HR-lar üçün Excel təlimi

Təlim detalları
Təlimçi: Coşqun Qəhrəmanov
İnsan Resursları üzrə analitik
Təlim formatı:
Offlayn
Təlim müddəti:
2 ay
İştirakçı sayı:
8-14 nəfər
Modul sayı
14 modul
Kimlər üçündür:
HR Mütəxəssislər

Üstünlüklərimiz

Peşəkar təlimçilər

Peşəkar biliklərə sahib, Azərbaycan bazarında 10+ il təcrübəyə malik ekspertlər

Əhatəli proqram

Yerli və beynəlxalq təcrübəyə v əsaslanan, tam praktiiki təlim proqramı

Effektiv tədris metodları

Biz təlimlərdə nəzəri bilgilərin nece tətbiq edilməsini də öyrədirik. Təlimlərin hər biri böyüklərin öyrənmə prinsip və standartları nəzərə alınmaqla hazırlanmışdır. Təlimlər müzakirələr, qrup işləri, simulyasiya və keyslər ilə zəngindir. Bu səbəbdən siz təlimlərdən zövq alaraq öyrənəcəksiz.

Təlim proqramı

  • • Elektron tablolarla rahat işləmək üçün Exceli öz seçimləriniz əsasında konfiqurasiya etmək, standart seçimlərini dəyişdirmək. Xüsusi “AutoFill” siyahısı və rəqəm formatları yaratmaq

    • Formula yaradılması və redaktə edilməsi. İR mütəxəssislərinin ən çox istifadə etdiyi axtarış funksiyalarının köməkliyi ilə fərqli məlumat bazalarında yer alan işçi məlumatlarının əldə edilməsi

    • Formatlamadan istifadə etməklə məlumatların görünməsini dəyişmək imkanları. Xanalara eyni vaxtda bir neçə format tətbiq etmək və formatlamanın digər xüsusiyyətləri

    • Şablonlar yaratmaq və ya Excelin təqdim etdiyi şablonlardan istifadə etməklə gündəlik işlərdə tez-tez istifadə edilən İR formalarının hazırlanmasını sürətləndirmək. Elektron tabloların vacib elementləri olan məntiqi funksiyalardan istifadə

    • Çap əməliyyatları və onların lazımı şəkildə tənzimlənməsi

    • Tarix və zaman funksiyalarından istifadə etməklə müəyyən tarixlər arasında gün, ay, il (işçinin yaşı, xidmət müddəti, sınaq müddətinin sonu və s.) periodlarını hesablamaq. Şərtli formatlama ilə əhəmiyyətli məlumatları fərqləndirmək

    • Təşkilati dəyişiklikləri daha yaxşı əks etdirmək üçün işçi qüvvəsinin planlaşdırma prosesinin parçasının (və yaxud hamısının) dəyişikliklərə uyğunlaşan, təkrarlana biləcək bir fəaliyyət planını hazırlamaq

  • • İR mütəxəssislərinin ən çox istifadə etdiyi məlumatları istəyə uyğun sıralama və filterləmə əməliyyatları. Bəzi hallarda məbləğlərin hesablanması zamanı ehtiyac duyulan yuvarlaqlaşdırma funksiyaları

    • Şablonlar yaradarkən xanalara müəyyən məhdudiyyətlər tətbiq etməklə yanlış daxiletmələrin qarşısını almaq. Excel faylının qorunması və şifrələnməsi. Xətaların idarəedilməsi funksiyaları

    • Pivot Table vasitəsilə periodik İR hesabatlarının hazırlanması. Mürəkkəb cədvəllər yaratmaq, məlumatları qısa zamanda və professional şəkildə analiz etmək

    • Biznes göstəricilərinin qrafik təqdimatı. Məlumatların düzgün ifadə edilməsi üçün ən uyğun qrafiklərin seçilməsi

    • Excel dashboard – HR verilənlər bazasını dinamik Excel panellərinə çevirmək. Slicers istifadə etməklə məlumatları qısa zamanda nəzərdən keçirmək

    • Sınaq müddəti, müqavilə müddəti və digər deadline-ların izlənməsi

    • İstehsalat təqviminin qurulması

Coşqun Qəhrəmanov

Coşqun bəy ölkənin ən qabaqcıl distrubusiya, pərakəndə satış,daşınma şirkətlərində İnsan Resursları şöbələrində, təlim inkişaf, biznes tərəfdaş, performans idarə edilməsi, İR analitiki vəzifələrində aparıcı və baş mütəxəssis vəzifələrində çalışmışdır. İşlədiyi şirkətlərdə performans əsaslı əmək haqqı dərəcələndirmə sisteminin qurulması, iş yükü analizi, norm kadro və işçi planlaması kimi layihələrdə rəhbər kimi çalışmışdır. 4 ilə yaxındırki artıq, “HR-lar üçün excel” , “Praktiki excel” , “A-dan Z-ə excel” , “Excel Skills for businesses”, “Power Bİ ilə data vizuallaşdırılması”, “İR analitika və Vizuallaşdırılma” Təlim adları altında uzun müddətdirki peşəkar təlimlər tədris edir.Coşqun bəy həmçinin MOSE Excel Expert sertifikatına sahib təlimçidir.

Təklif al

Suallarınızı cavablandırmaq üçün burdayıq.