Təlim detalları
Təlimçi: Sabina Vəzirova Şirkət: Integrity Group | SABAH HUB | Push 30
Vəzifəsi: İnsan Resursları Departamentinin Direktoru
Təlimçi: Toğrul Hidayətov
Şirkət: A+CO
Vəzifəsi:İnsan Resursları Departamentinin Direktoru
Təlim detalları
Təlimçi: Şahmar İsayev
Şirkət: Absheron Hospitality Group
Vəzifəsi: İnsan Resursları üzrə Menecer
Təlimçi: Tural İslamov
Şirkət: LANDAU Education Group
Vəzifəsi: İnsan Resursları Departamentinin Direktoru
Modul sayı
44 modul
Təlim formatı:
Offlayn
Təlim müddəti:
5 ay
İştirakçı sayı:
8-14 nəfər
Kimlər üçündür:
HR olmaq istəyən şəxslər

Üstünlüklərimiz

Peşəkar təlimçilər

Peşəkar biliklərə sahib, Azərbaycan bazarında 10+ il təcrübəyə malik ekspertlər

Əhatəli proqram

Yerli və beynəlxalq təcrübəyə v əsaslanan, tam praktiiki təlim proqramı

Effektiv tədris metodları

Biz təlimlərdə nəzəri bilgilərin nece tətbiq edilməsini də öyrədirik. Təlimlərin hər biri böyüklərin öyrənmə prinsip və standartları nəzərə alınmaqla hazırlanmışdır. Təlimlər müzakirələr, qrup işləri, simulyasiya və keyslər ilə zəngindir. Bu səbəbdən siz təlimlərdən zövq alaraq öyrənəcəksiz.

Təlim proqramı

  • • Təlim proqramı
    • İnsan Resursları nədir?
    • İR-nin funksiyaları
    • İR mütəxəssislərinin əsas bacarıqları hansılardır?
    • Strategiya, missiya, vizyon və dəyərlər anlayışları
    • Təşkilati struktur növləri
    • Vəzifə təlimatı
    • Performansın idarə olunması planını hazırlamaq
    • Vəzifə dərəcələndirmə (Grading)
    • Xüsusi qonaq
    • Öyrənmə və inkişaf
    • ADDIE modeli
    • Təlimlərin dəyərləndirilməsi
    • Təlim ehtiyaclarının müəyyənləşdirilməsi üsulları
    • Öyrənən təşkilat konsepti
    • Öyrənmə və inkişaf prosesinə ənənəvi və müasir yanaşma
    • Center for Creative Leadership 70-20-10 modeli
    • Bloom taksonomiyası
    • Androqogikanın prinsipləri (Böyüklər necə öyrənir?)
    • Təlim düzgün seçimdir mi?
    • Xüsusi qonaq
    • İşə qəbul strategiyasının müəyyənləşdirilməsi
    • İstedad ehtiyaclarının planlaşdırılması
    • Namizəd hovuzunun hazırlanması
    • Proses ardıcıllığını əhatə edən siyasətin formalaşdırılması
    • Təşkilat daxili və xaricində iş elanlarının hazırlanması
  • • Sosial media üzərindən işə qəbul prosesi
    • Effektiv müsahibələrin aparılması
    • İş agentlikləri ilə iş
    • İşçi tövsiyəsi
    • Vəzifə tələblərinin təhlili
    • Xüsusi qonaq
    • Nümunəvi əmək müqaviləsi və əmək müqaviləsi hazırlanarkən diqqət olunacaq nüanslar
    • Əmək müqaviləsi bağlanarkən sənədləşmə prosesi
    • Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin işə qəbulu zamanı sənədləşmə prosesi
    • Sınaq müddətinin izlənməsi
    • Müddətli əmək müqaviləsinin müddətinin bitməsi
    • Əmək şəraitinin şərtləri dəyişdirilərkən diqqət olunmalı nüanslar
    • İş vaxtı rejimi və fərqli iş qrafiklərinin tətbiqi
    • Əmək müqaviləsinə xitam verilməsi
    • Məzuniyyətlərin yaranması və istifadəsi prosesinin HR tərəfindən izlənməsi, məzuniyyətlərin verilməsi zamanı yaranan əsas sualların izahı
    • Müəssisədaxili intizam qaydalarının hazırlanması və tətbiqi
    • ƏMAS-la iş
    • İR əməliyyatları prosesində doğru ünsiyyətin qurulması, gərgin situasiyaların yumşaldılması və işçi məmnuniyyətinin qorunması
    • Əmək qanunvericiliyinin tətbiqi zamanı yol verilən nöqsanlar və bunlara aid cərimələr
Sabina Vəzirova

Sabina xanım telekomunikasiya, FMCG, bankçılıq, əczaçılıq, startup aksellerasiya sahələrində İnsan Resursları Binzes Tərəfdaşı, İstedadların İdarəedilməsi üzrə rəhbər və digər idarəedici yüksək vəzifələrdə çalışmışdır. ``İnsan Resurslarının idarə edilməsi``, ``Performans idarəedilməsi sistemlərinin qurulması və effektiv idarə edilməsi``, ``Təlim və inkişaf`` və digər istiqamətlərdə geniş təcrübəyə malikdir. 10 ildən çox müddətdir ki, İnsan Resursları peşakarı kimi fəaliyyət göstərir.

Toğrul Hidayətov

Toğrul bəy ölkənin ən qabaqcıl telekomunikasiya, distribusiya, istehsalat və satış şirkətlərində İnsan Resursları rəhbəri və digər yüksək idarəedici vəzifələrdə çalışmışdır. ``Biznes Tərəfdaşlıq``, ``Korporativ Strategiyanın Müəyyən Edilməsi və Tətbiqi``, ``Talantların idarə olunması``, ``Təlim və İnkişaf``, ``İnsan Resurslarının İdarə Edilməsi və İşə qəbul``, ``Performans Sistemlərinin Qurulması``, ``Effektiv İdarə Edilməsi`` və digər layihələrdə birbaşa iştirak etmişdir. 4 ildən çoxdur ki, peşakar təlimçi olaraq təlimlər tədris edir. Ümumilikdə 11 ildən çox İnsan Resursları sahəsində təcrübəyə malikdir.

Şahmar İsayev

Şahmar bəy ölkənin 2 ən böyük holdinqində İnsan Resurslarının İdarəolunması Departamentində çalışmışdır. Holdinqdə İnsan Resursları əməliyyatları sisteminin həyata keçirilməsi, müəssisələrarası düzgün kommunikasiyanın qurulmasından məsul olmuşdur. Fəaliyyəti xidmət, qonaqpərvərlik, əmlakların idarə olunması və kənd təsərrüfatı istiqamətli şirkətlərdə çalışmışdır. ``Əmək qanunvericiliyinin praktiki tətbiqi`` və ``İnsan Resursları əməliyyatları prosesində proseslərin avtomatlaşdırılması`` istiqamətində uzunmüddətli təlimçilik təcrübəsi vardır.Karyerası ərzində, topdan və pərakəndə satış, xidmət sektorlarında təcrübə qazanmış, İnsan Resurslarının iş analizi, iş yükü analizi, sistemlərin qurulması, performansın idarə edilməsi, büdcələmə və avtomatlaşdırma kimi layihələrdə təcrübə qazanmışdır.

Tural İslamov

Tural bəy ölkənin ən qabaqcıl neft–qaz, satış, distribusiya, telekomunikasiya, kənd təsərüffatı və təhsil şirkətlərində insan resursları istiqaməti üzrə müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.Strateji layihələrin idarəedilməsi, Performans Menecement, Mükafatlandırma, Vəzifə dərəcələndirmə və Əmək haqqı, Davamçıların İdarəedilməsi, 360 Dərəcə qiymətləndirmə və İnsan Resursları proseslərinin rəqəmsallaşdırıması istiqamətlərdə qlobal və yerli təcrübəsinə malikdir. 5 ildən artıq müddətdir ki, peşakar təlimçidir.

Təklif al

Suallarınızı cavablandırmaq üçün burdayıq.