Ünvan
Bakı, Ağ şəhər

Üstünlüklərimiz

Peşəkar təlimçilər:
Peşəkar biliklərə sahib, Azərbaycan bazarında 10+ il təcrübəyə malik ekspertlər

Əhatəli proqram:
Yerli və beynəlxalq təcrübəyə v əsaslanan, tam praktiiki təlim proqramı

Effektiv tədris metodları:
Biz təlimlərdə nəzəri bilgilərin nece tətbiq edilməsini də öyrədirik. Təlimlərin hər biri böyüklərin öyrənmə prinsip və standartları nəzərə alınmaqla hazırlanmışdır. Təlimlər müzakirələr, qrup işləri, simulyasiya və keyslər ilə zəngindir. Bu səbəbdən siz təlimlərdən zövq alaraq öyrənəcəksiz.

Sabina Vəzirova

Sabina xanım telekomunikasiya, FMCG, bankçılıq, əczaçılıq, startup aksellerasiya sahələrində İnsan Resursları Binzes Tərəfdaşı, İstedadların İdarəedilməsi üzrə rəhbər və digər idarəedici yüksək vəzifələrdə çalışmışdır. "İnsan Resurslarının idarə edilməsi", "Performans idarəedilməsi sistemlərinin qurulması və effektiv idarə edilməsi", "Təlim və inkişaf" və digər istiqamətlərdə geniş təcrübəyə malikdir. 10 ildən çox müddətdir ki, İnsan Resursları peşakarı kimi fəaliyyət göstərir.

Toğrul Hidayətov

Toğrul bəy ölkənin ən qabaqcıl telekomunikasiya, distribusiya, istehsalat və satış şirkətlərində İnsan Resursları rəhbəri və digər yüksək idarəedici vəzifələrdə çalışmışdır. "Biznes Tərəfdaşlıq", "Korporativ Strategiyanın Müəyyən Edilməsi və Tətbiqi", "Talantların idarə olunması", "Təlim və İnkişaf", "İnsan Resurslarının İdarə Edilməsi və İşə qəbul", "Performans Sistemlərinin Qurulması", "Effektiv İdarə Edilməsi" və digər layihələrdə birbaşa iştirak etmişdir. 4 ildən çoxdur ki, peşakar təlimçi olaraq təlimlər tədris edir. Ümumilikdə 11 ildən çox İnsan Resursları sahəsində təcrübəyə malikdir

Şahmar İsayev

Şahmar bəy ölkənin 2 ən böyük holdinqində İnsan Resurslarının İdarəolunması Departamentində çalışmışdır. Holdinqdə İnsan Resursları əməliyyatları sisteminin həyata keçirilməsi, müəssisələrarası düzgün kommunikasiyanın qurulmasından məsul olmuşdur. Fəaliyyəti xidmət, qonaqpərvərlik, əmlakların idarə olunması və kənd təsərrüfatı istiqamətli şirkətlərdə çalışmışdır. "Əmək qanunvericiliyinin praktiki tətbiqi" və "İnsan Resursları əməliyyatları prosesində proseslərin avtomatlaşdırılması" istiqamətində uzunmüddətli təlimçilik təcrübəsi vardır.Karyerası ərzində, topdan və pərakəndə satış, xidmət sektorlarında təcrübə qazanmış, İnsan Resurslarının iş analizi, iş yükü analizi, sistemlərin qurulması, performansın idarə edilməsi, büdcələmə və avtomatlaşdırma kimi layihələrdə təcrübə qazanmışdır.

Nurlan Quliyev

Nurlan bəy ölkənin ən qabaqcıl satış, təhsil, istehsalat və kommersiya, konsultinq şirkətlərində İnsan Resursları Öyrənmə və İnkişaf üzrə mütəxəssis olaraq çalışmışdır.
O, "Vəzifə dərəcələndirmə və effektiv əməkhaqqı sistemlərinin qurulması", "Davamçıların yetişdirilməsi","Liderlərin inkişafı", "Təlim akademiyasının qurulması", "Mentorluq proqramının qurulması" "İmtiyaz paketlərinin qurulması və idarə edilməsi", "Yerləşdirmə və adaptasiya", "Daxili ünsiyyət kanallarının qurulması və idarə edilməsi" kimi layihələrdə rəhbər olaraq çalışmış və ya layihə idarə qrupunda üzv olmuşdur.
Nurlan bəy "Training for Trainers" sertifikatlı təlimçidir. "Öyrənmə və inkişaf", "Daxili təlimçilərin yetişdirilməsi", "Təlim akademiyasının qurulması" və digər sahələr üzrə təlimçilik təcrübəsinə sahibdir. 4 ildən çoxdur ki, təlimçi olaraq fəaliyyət göstərir.

Təlim detalları

Təlimçi: Sabina Vəzirova Şirkət: Integrity Group | SABAH HUB | Push 30
Vəzifəsi: İnsan Resursları Departamentinin Direktoru

Təlimçi: Toğrul Hidayətov
Şirkət: A+CO
Vəzifəsi:İnsan Resursları Departamentinin Direktoru

Təlimçi: Şahmar İsayev
Şirkət: Absheron Hospitality Group
Vəzifəsi: İnsan Resursları üzrə Menecer

Təlimçi: Nurlan Quliyev
Şirkət: Özəl sektor
Vəzifəsi: Öyrənmə və İnkişaf üzrə Qrup Rəhbəri

Bizi izləyin