Ünvan
Bakı, Ağ şəhər

Karyera. Uğursuzluq sindromunuz var Bambuk kimi olun!

Qarşınıza kifayət qədər aqressiv və əldə olunabilmə mümkünlüyü bütün şərtlər çoxluğunda real olan hədəflər qoymusunuz, lakin onları əldə etməkdə özünüzə olan inam yetərli deyil? Və ya “bacarmaram”, “gücüm çatmaz”, “əlimdən gəlmir” kimi daxili səslər fikirlərinizə hakim olaraq motivasiyanızı aşağı çəkir?

Elə isə bu yazı sizin üçündür!

Sizi motivasiya nəzəriyyələrində yer alan həvəs, bacarıq, gözləntiləri dərketmə, ətraf faktorlar və s. haqqında asan əldə olunabilən məlumatlarla yormayacam.

Məramın nə olmasından asılı olmayaraq bizim hər birimiz üçün aktualdır; maraqlarımız, arzularımız, məqsədllərimiz, dəyərlərimiz, inanclarımız, və hədəflərə tökülən planlarımızın mövcudluğu. Adətən hər kəsdə əsas tərəddüdlər və ya yayınmalar planın icrasında baş verir. Bu zaman mövcud olan əngəllərə bir neçə fərqli baxış təmin edəcəm.

  1. Karyerada “riyazi məntiq” axtarmayın.

Günümüzün dünyası imitasiya və manipulyasiyalar çoxluğunda o qədər çirklənib və o qədər qeyri təbii olub ki,;

  • Gənclər “ROLE MODEL” seçməkdə çətinik çəkir və bəziləri doğru yolu tapanadək çox “yanlış" adamların yolunu təqlid edirlər.
  • Bəzən peşəkarlar karyera planlayır və məqsədə bir addım qalmış müşühaidə edirlər ki, “X” şəxs onların hədəflədiyi rolu zəbt etdi. Və ya “Z” şəxs mütləq uyğun olmadığı bir rola təyin edildi.

Hər iki halda ruhdan düşmələr müşahidə edilir. Hər iksinin ümumi olaraq bir səbəbi var “şəxsi brendinq yanılmaları” və ya "nüfuz". İnsanlar öz potensiallarına, güclərinə, bacarıqlarına görə əslində çoxda fərqli deyillər. Yəni bu fərq misal üçün Kq və Ton fərqi kimi və ya Pələng və Pişik fərqi kimi deyil ) Vizual olaraq belə baxa bilərik; hər kəs ümumi bacarıqlar olaraq aşağıdakı 2 paralel arasında yerləşir. Kimiləri biraz az, kimiləri biraz çox bacarıqlara sahib olur. Bəs necə olur ki, kimlərsə (E, J, O) digərlərinə görə daha yüksək bacarıqlara malik kimi görsənir. Yəni major fərq təəsüratı yaranır. Bunun yeganə səbəbi onların “şəxsi brendinqə” daha çox zaman və s. investisiyalar ayırmaları ilə bağlıdır.

  

Bunu edən insanlar hansı dəyəri daşımalarından asılı olmayaraq manipulyativ olaraq daha bilikli, bacarıqlı, dəyərli, bir sözlə üstün görsənirlər. Əfsuslar olur ki, günümüzdə bu yanaşma məhz elə cəmiyyətlərin səf “gözləntilər zənciri” olması səbəbi ilə bütün təşkilatların vazgeçilməz seçiminə çevrilib. Misal üçün: Siz menecer vəzifəsinə namizədsiniz, sizdən (S) daha aşağı bilikli lakin daha yüksək “şəxsi brendinqi” olan (dolayısı ilə "yüksək reputasiyası" və ya "nüfuzu") şəxs (E) yekun qərarla müvafiq vəzifəyə seçilir.  Təşkilatda sizin daha layiq olduğunuzu bilən insanlar olacaq, lakin onlar seçimə “reputasiyaya” qarşı çıxaraq təsir etməkdə çətinlik çəkəcək. Çünki təşkilatlar bu halda (seçimdə) öz “reputasiyalarınında” inkişafında fayda görürlər.

Bir necə il bundan öncə ölkəmizdə kifayət qədər yüksək statusa malik bir şəxslə müsahibə zəminində 3 saata yaxın görüşüm olmuşdu. Müəyyən bir vəzifəni mənə həvalə etmək istəyirdilər. Kifayət qədər səlahiyyətləri olan, rəqabətli əmək haqqı təklifi olan vəzifə idi. Sadəcə mən öz gözlənti və potensialımın daha yüksək səlahiyyətləri qarşılamaq iqtidarında olduğunu bildirdim. Mənə yeganə bir tövsiyyə etdi : “Şəxsi brendinqin” üzərində çalış, “aktiv public figure ol”. Eyni tövsiyyəni gənclərə edirəm. Deməli bu bütün tərəflərdə gözlənilir. Və əgər dəyərli insanlar burda kölgədə qalsa, cəmiyyətdə "günəş tam doğmayacaq". Bu bir reallıqdır. Bəyənsənizdə, bəyənməsənizdə.

  1. Status peşəkarlıq və ya səriştəlik deyil, yalnız səlahiyyətdir.

İllər əvvəl, hələ tələbə vaxtlarında bir dostum bildirmişdi; “İş həyatına başlayanda müxtəlif səlahiyyətlər və müxtəlif vəzifələrdə çox adam görəcəksən. Heç vaxt unutma bahalı geyimlər, əmin kommunikasiya və yüsksək səlahiyyət sahibi olmaq şəxsin daha kompetent və ya peşəkar olması demək deyil”. Bu zöləri hər zaman yadımda saxladım. İş həyatı boyu hər zaman dostlarıma, mənimlə eyni məsuliyyəti paylaşan komanda yoldaşlarıma rəhbərin hansı səlahiyyət sahibi və ya vəzifə sahibi olmasından asılı olmayaraq fikirlərini, təkliflərini bildirməkdən, özlərini ifadə etməkdən çəkinməmələrini tövsiyyə etmişəm. Bu sizin üçün də, həmin rəhbərlər üçün də və bütün təşkilat üçün də faydalıdır. Hər bir şəxsin dəstəyə ehtiyacı var. Bəzən liderlik xüsusiyyəti zəif rəhbərlər bu dəstəyi etiraf etməzlər və göstərməzlər ehtiyacı. Ancaq siz “çiynizizi yükün altına qoymaqdan”, “əlinizi daşın altına qoymaqdan” çəkinməyin. Oxuyarkən düşünə bilərsiniz “bəzən tabe olduğunuz şəxs buna dəyirmi deyə sorğulanır”. Dostlar, hər mənada yaxşı və güclü insan olmaq mütləq deyil. Bu bir seçimdir. Seçiminizi edin. Bir gün sizdə rəhbər olacaqsınız. Rəhbərsinizsə daha yüksək səlahiyyət sahibi olacaqsınız. Siz hər zaman ədalətli, dürüst və dəyərli olun. Dəyişiklikliyi əsas fikirlərdə edin və bu proseslərdə təzahür edəcək. Bunun üçün isə özünüz nümunə olmalısınız.

  1. Bambuk kimi olun !

Bəzən ətrafınıza baxır və düşünürsünüzsə ki; “çoxlu dost tanışlarınız tanınmış təşkilatlarda işə başladı, gözəl universistetlərdə təhsil almağa başladı, çox yaxşı vəzifələrə təyin olundu, çox uğurlu biznes sahibi oldu və mən isə yerimdə sayıram”? Deməli atacağınız ilk addım onlara bol şans arzulamaq və onların uğurunu müşahidə etməkdir.

  • Tanınmış təşkilatda işə başlayan tanışınızı həqiqətənmi oradakı atmosfer məmnun edir?
  • Universitetə qəbul imkanı qazanmış tanışınız seçimindən həqiqətənmi razıdır?
  • Vəzifəyə təyin edilmiş tanışınız yeni rolunda həqiqətənmi xoşbəxtdir?
  • Uğurlu biznes sahibi kimi görsənən tanışınız biznesini həqiqətən uğurlu hesab edirmi?

Müşahidə edin və nəticə çıxarın daha yaxşısını etmək üçün nələri etməli və nələri etməməlisiniz. Daha yaxşı seçim və ya addım üçün artıq sizin əlinizdə bir “model” var. Bu halda mentorluq istəyənlərin ən çox problem olaraq gördüyü zaman problemi ilə bağlı isə “bambuk ağacını” misal gətirə bilərəm.

Bu misalı ötən həftə görüşdüyüm qlobal şirkətlərdə VP statusunda çalışmış bir tanış söylədi mənə. Hazırda ətaləti yaşayan lakin böyük fürsətlər adamıdır. Bəzən dayanmaq, güc toplamaq, təhlil etmək, müşahidə etmək, "güclü kök salmaq" daha sürətli böyümə üçün hərəkət etməkdən daha faydalıdır bildirdi.

Bambuk çox qeyri adi böyümə prosesi keçən bitkidir. Əvvəlcə toxum əkilir, normal olaraq sulanıb gübrələnir. Birinci ilin sonunda bambuk çox az boy atır. Yenidən sulanıb gübrələnir. İkinci il də çox az boy atır. Üçüncü və dördüncü illərdə də bambuk sulanır və gübrələnir. Lakin yenə əhəmiyyətli dərəcədə boy atmır. Beşinci ildə də bitkiyə su və gübrə verməyə davam edilir. Və nəhayət beşinci ilin axırına yaxın bambuk sürətli böyüməyə başlayır və altı həftə kimi qısa bir müddətdə də bambukun boyu təxminən 27 metrə çatır.  

Rəşad Məhərrəmov Təlimçi

Posted in
Karyera