Ünvan
Bakı, Ağ şəhər

Üstünlüklərimiz

Peşəkar təlimçilər:
Peşəkar biliklərə sahib, Azərbaycan bazarında 10+ il təcrübəyə malik ekspertlər

Əhatəli proqram:
Yerli və beynəlxalq təcrübəyə v əsaslanan, tam praktiiki təlim proqramı

Effektiv tədris metodları:
Biz təlimlərdə nəzəri bilgilərin nece tətbiq edilməsini də öyrədirik. Təlimlərin hər biri böyüklərin öyrənmə prinsip və standartları nəzərə alınmaqla hazırlanmışdır. Təlimlər müzakirələr, qrup işləri, simulyasiya və keyslər ilə zəngindir. Bu səbəbdən siz təlimlərdən zövq alaraq öyrənəcəksiz.

Sabina Vəzirova

Sabina xanım telekomunikasiya, FMCG, bankçılıq, əczaçılıq, startup aksellerasiya sahələrində İnsan Resursları Binzes Tərəfdaşı, İstedadların İdarəedilməsi üzrə rəhbər və digər idarəedici yüksək vəzifələrdə çalışmışdır. "İnsan Resurslarının idarə edilməsi", "Performans idarəedilməsi sistemlərinin qurulması və effektiv idarə edilməsi", "Təlim və inkişaf" və digər istiqamətlərdə geniş təcrübəyə malikdir. 10 ildən çox müddətdir ki, İnsan Resursları peşakarı kimi fəaliyyət göstərir.

Toğrul Hidayətov

Toğrul bəy ölkənin ən qabaqcıl telekomunikasiya, distribusiya, istehsalat və satış şirkətlərində İnsan Resursları rəhbəri və digər yüksək idarəedici vəzifələrdə çalışmışdır. "Biznes Tərəfdaşlıq", "Korporativ Strategiyanın Müəyyən Edilməsi və Tətbiqi", "Talantların idarə olunması", "Təlim və İnkişaf", "İnsan Resurslarının İdarə Edilməsi və İşə qəbul", "Performans Sistemlərinin Qurulması", "Effektiv İdarə Edilməsi" və digər layihələrdə birbaşa iştirak etmişdir. 4 ildən çoxdur ki, peşakar təlimçi olaraq təlimlər tədris edir. Ümumilikdə 11 ildən çox İnsan Resursları sahəsində təcrübəyə malikdir

Şahmar İsayev

Şahmar bəy ölkənin 2 ən böyük holdinqində İnsan Resurslarının İdarəolunması Departamentində çalışmışdır. Holdinqdə İnsan Resursları əməliyyatları sisteminin həyata keçirilməsi, müəssisələrarası düzgün kommunikasiyanın qurulmasından məsul olmuşdur. Fəaliyyəti xidmət, qonaqpərvərlik, əmlakların idarə olunması və kənd təsərrüfatı istiqamətli şirkətlərdə çalışmışdır. "Əmək qanunvericiliyinin praktiki tətbiqi" və "İnsan Resursları əməliyyatları prosesində proseslərin avtomatlaşdırılması" istiqamətində uzunmüddətli təlimçilik təcrübəsi vardır.Karyerası ərzində, topdan və pərakəndə satış, xidmət sektorlarında təcrübə qazanmış, İnsan Resurslarının iş analizi, iş yükü analizi, sistemlərin qurulması, performansın idarə edilməsi, büdcələmə və avtomatlaşdırma kimi layihələrdə təcrübə qazanmışdır.

Nurlan Quliyev

Tural bəy ölkənin ən qabaqcıl neft–qaz, satış, distribusiya, telekomunikasiya, kənd təsərüffatı və təhsil şirkətlərində insan resursları istiqaməti üzrə müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.Strateji layihələrin idarəedilməsi, Performans Menecement, Mükafatlandırma, Vəzifə dərəcələndirmə və Əmək haqqı, Davamçıların İdarəedilməsi, 360 Dərəcə qiymətləndirmə və İnsan Resursları proseslərinin rəqəmsallaşdırıması istiqamətlərdə qlobal və yerli təcrübəsinə malikdir. 5 ildən artıq müddətdir ki, peşakar təlimçidir.

Təlim detalları

Təlimçi: Sabina Vəzirova Şirkət: Integrity Group | SABAH HUB | Push 30
Vəzifəsi: İnsan Resursları Departamentinin Direktoru

Təlimçi: Toğrul Hidayətov
Şirkət: A+CO
Vəzifəsi:İnsan Resursları Departamentinin Direktoru

Təlimçi: Şahmar İsayev
Şirkət: Absheron Hospitality Group
Vəzifəsi: İnsan Resursları üzrə Menecer

Təlimçi: Tural İslamov
Şirkət: LANDAU Education Group
Vəzifəsi: İnsan Resursları Departamentinin Direktoru

Bizi izləyin