Ünvan
Bakı, Ağ şəhər

Peşəkar komandamız

Komandamız

img

Korporativ Strategiyanın müəyyən edilməsi, tətbiqi, İR idarə edilməsi, performans sistemlərinin qurulması və effektiv idarə edilməsi, mükafatlandırma və digər istiqamətlərdə geniş təlimçilik təcrübəsinə malikdir.

img

Gündüz bəy ölkənin top 5-liyində olan FMCG, telekommunikasiya, bank və dövlət qurumlarında İnsan Resursları üzrə expert və rəhbər vəzifələrdə çalışmışdır. İş gücü və iş yükü analizi, dərəcələndirmə metodologiyaları, şirkətlərdə dərəcələndirmə sisteminin qurulması və tətbiqi, əmək haqqı sistemlərinin qurulması və effektiv idarə edilməsi, imtiyazlar paketlərinin hazırlanması və idarə edilməsi prosesinin qurulması, bonus sistemlərinin hazırlanması, tətbiqi və izlənməsi metodologiyaları və digər istiqamətlərdə geniş təlimçilik təcrübəsinə malikdir. 5 ildən çox müddətdir ki, peşakar təlimçi olaraq tədris etməkdədir.

Gündüz Abdullayev

Azərbaycan Dəmir Yolları
Təşkilati Dizayn və Planlaşdırma Şöbəsinin Rəhbəri

img

Sabina xanım telekomunikasiya, FMCG, bankçılıq, əczaçılıq, startup aksellerasiya sahələrində İnsan Resursları Biznes Tərəfdaşı, İstedadların İdarəedilməsi üzrə rəhbər və digər idarəedici yüksək vəzifələrdə çalışmışdır. İnsan Resurslarının idarə edilməsi, Performans idarəedilməsi sistemlərinin qurulması və Effektiv idarə edilməsi, Təlim və İnkişaf və digər istiqamətlərdə geniş təcrübəyə malikdir. 10 ildən çox müddətdir ki, İnsan Resursları peşakarı kimi fəaliyyət göstərir.

Sabina Vəzirova

Integrity Group | SABAH HUB | Push 30
Insan Resursları Departamentinin Direktoru

img

Strateji layihələrin idarəedilməsi, Performans Menecement, Mükafatlandırma, 360° qiymətləndirmə və İR proseslərinin rəqəmsallaşdırıması istiqamətlərdə qlobal və yerli təcrübəsinə malikdir.

Tural İslamov

Təlimçi | Konsultant

img

Rəşad bəy ölkənin ən qabaqcıl istehsalat, satış, xidmət, consultinq və dövlət şirkətlərində İnsan Resursları rəhbəri vəzifəsində çalışmışdır. Əmək qanunvericiliyi, hüquqi risklərlə bağlı preventiv tədbirlər istiqamətində təlimçilik təcrübəsinə malikdir. Eyni zamanda perdoqoji fəaliyyətlə məşğuldur. Özəl universitetlərin birində İnsan Resurslarının İdarə edilməsi fənni üzrə MBA qruplarına dərs deyir. İnsan resurslarının idarə edilməsi sahəsində 15 ilə yaxın təcrübəyə sahibdir. 2 ildən çox müddətdir ki, peşəkar təlimçi olaraq tədris edir.

Rəşad Süleymanov

Baku Steel Company
İnsan Resursları Departamentinin Direktoru

img

İlham bəy ölkənin ən qabaqcıl neft şirkətində İnsan resursları üzrə mütəxəssis, İnsan resursları üzrə baş mütəxəssis, İnsan resursları və Kadr Uçotu Bölməsinin rəhbəri və digər yüksək vəzifələrdə çalışmışdır. İlham bəy uğurla nəticələnən HR strategiyalarının hazırlanması və tətbiqi sahəsində geniş təcrübəyə malik peşəkardır. İnsan resursları sahəsində 5 ildən çox iş təcrübəsi olan İlham bəy, işə qəbul və seçim, performansın idarə edilməsi, ardıcıllıq planlaşdırılması, iş yeri mədəniyyətinin inkişafı və digər sahələrdə öz mütəxəssisliyini inkişaf etdirmişdir.

İlham Əsgərli

SOCAR
İnsan kapitalının inkişafı üzrə baş mütəxəssis

img

Nurlan bəy ölkənin ən qabaqcıl satış, təhsil, istehsalat və kommersiya, konsultinq şirkətlərində İnsan Resursları Öyrənmə və İnkişaf üzrə mütəxəssis olaraq çalışmışdır. O, "Vəzifə dərəcələndirmə və effektiv əməkhaqqı sistemlərinin qurulması", "Davamçıların yetişdirilməsi","Liderlərin inkişafı", "Təlim akademiyasının qurulması", "Mentorluq proqramının qurulması" "İmtiyaz paketlərinin qurulması və idarə edilməsi", "Yerləşdirmə və adaptasiya", "Daxili ünsiyyət kanallarının qurulması və idarə edilməsi" kimi layihələrdə rəhbər olaraq çalışmış və ya layihə idarə qrupunda üzv olmuşdur. Nurlan bəy "Training for Trainers" sertifikatlı təlimçidir. "Öyrənmə və inkişaf", "Daxili təlimçilərin yetişdirilməsi", "Təlim akademiyasının qurulması" və digər sahələr üzrə təlimçilik təcrübəsinə sahibdir. 4 ildən çoxdur ki, təlimçi olaraq fəaliyyət göstərir.

Nurlan Quliyev

Özəl sektor
Öyrənmə və inkişaf üzrə aparıcı mütəxəssis

img

Microsoft expert və digər analitik sertifikatlara malikdir. Satış ofisinin idarə edilməsi, bazar araşdırma, marketinq, məlumatların təhlili istiqamətində təlimçi olaraq, həmçinin bu sahələr üzrə məsləhətçi olaraq fəaliyyət göstərir.

Fuad Məmmədov

Təlimçi | Konsultant

img

Emil bəy ölkənin ən qabaqcıl telekomunikasiya, distribusiya, logistika, pərakəndə satış və nəqliyyat şirkətlərində insan resursları üzrə ekspert və rəhbər vəzifələrdə çalışmışdır. İnsan resurslarının planlaşdırılması, İR xərclərinin idarəedilməsi, İR analitika, Təşkilati dizayn, Əməkhaqqı, Müavinət və mükafatların idarəedilməsi, Performansın və istedadların idarəedilməsi kimi sahələrdə ixtisaslaşmış və bu sahələr üzrə ümumilikdə 12 illik təcrübəyə malikdir.

Emil Hüseynov

Azərbaycan Dəmir Yolları
HR Təhlil və Hesabatlılıq Şöbəsinin Rəhbəri

img

Qabil bəy 2022-ci ilədək HVH şirkində İR əməliyyatları üzrə mütəxəssis olaraq çalışmış, eyni zamanda HR Option şirkində İR əməliyyatları üzrə mütəxəssis kimi çalışmışdır. Daha sonra HR Option şirkətində Layihələr üzrə mütəxəssis olaraq fəaliyyətini davam etdirmişdir. Hal-hazırda LANDAU School QSC-də İnsan Resursları üzrə mütəxəssis olaraq çalışır. Karyerası ərzində, topdan və pərakəndə satış, xidmət sektorlarında təcrübə qazanmış, İnsan Resurslarının iş analizi, iş yükü analizi, sistemlərin qurulması, performansın idarə edilməsi, büdcələmə və avtomatlaşdırma kimi layihələrdə təcrübə qazanmışdır.

Qabil Həmidli

Özəl sektor
İnsan Resursları Büdcələmə və Hesabatlılıq üzrə Mütəxəssis

img

20 illik iş təcrübəsinə malik olmaqla Azərbaycanın ən böyük FMCG şirkətlərində (Azərsun, Gilan Holding, Veysəloğlu) müxtəlif rəhbər vəzifələrdə çalışıb, “Azərlotoreya” SC-də Marketinq üzrə rəhbər vəzifələrini icra etmişdir.

Sənan Orucov

Təlimçi | Konsultant

img

Coşqun bəy ölkənin ən qabaqcıl distrubusiya, pərakəndə satış,daşınma şirkətlərində İnsan Resursları şöbələrində, təlim inkişaf, biznes tərəfdaş, performans idarə edilməsi, İR analitiki vəzifələrində aparıcı və baş mütəxəssis vəzifələrində çalışmışdır. İşlədiyi şirkətlərdə performans əsaslı əmək haqqı dərəcələndirmə sisteminin qurulması, iş yükü analizi, norm kadro və işçi planlaması kimi layihələrdə rəhbər kimi çalışmışdır. 4 ilə yaxındırki artıq, "HR-lar üçün excel" , "Praktiki excel" , "A-dan Z-ə excel" , "Excel Skills for businesses", "Power Bİ ilə data vizuallaşdırılması", "İR analitika və Vizuallaşdırılma" Təlim adları altında uzun müddətdirki peşəkar təlimlər tədris edir.Coşqun bəy həmçinin MOSE Excel Expert sertifikatına sahib təlimçidir.

Coşqun Qəhrəmanov

MKT İstehsalat Kommersiya
İnsan Resursları üzrə
analitik

img

Toğrul bəy ölkənin ən qabaqcıl telekomunikasiya, distribusiya, istehsalat və satış şirkətlərində İnsan Resursları rəhbəri və digər yüksək idarəedici vəzifələrdə çalışmışdır. Biznes Tərəfdaşlıq, Korporativ Strategiyanın Müəyyən Edilməsi və Tətbiqi, Talantların idarə olunması, Təlim və İnkişaf, İnsan Resurslarının İdarə Edilməsi və İşə qəbul, Performans Sistemlərinin Qurulması, Effektiv İdarə Edilməsi və digər layihələrdə birbaşa iştirak etmişdir. 4 ildən çoxdur ki, peşakar təlimçi olaraq təlimlər tədris edir. Ümumilikdə 11 ildən çox İnsan Resursları sahəsində təcrübəyə malikdirİnsan Resurslarının idarə edilməsi, Performans idarəedilməsi sistemlərinin qurulması və Effektiv idarə edilməsi, Təlim və İnkişaf və digər istiqamətlərdə geniş təcrübəyə malikdir. 10 ildən çox müddətdir ki, İnsan Resursları peşakarı kimi fəaliyyət göstərir.

Toğrul Hidayətov

A+CO
Insan Resursları Departamentinin Direktoru

img

Şahmar bəy ölkənin 2 ən böyük holdinqində İnsan Resurslarının İdarəolunması Departamentində çalışmışdır. Holdinqdə İnsan Resursları əməliyyatları sisteminin həyata keçirilməsi, müəssisələrarası düzgün kommunikasiyanın qurulmasından məsul olmuşdur. Fəaliyyəti xidmət, qonaqpərvərlik, əmlakların idarə olunması və kənd təsərrüfatı istiqamətli şirkətlərdə çalışmışdır. "Əmək qanunvericiliyinin praktiki tətbiqi" və "İnsan Resursları əməliyyatları prosesində proseslərin avtomatlaşdırılması" istiqamətində uzunmüddətli təlimçilik təcrübəsi vardır.

Şahmar İsayev

Absheron Hospitality Group
İnsan Resursları üzrə
Menecer

Haqqımızda

Mergen Group olaraq

Beynəlxalq təcrübələri optimal yollarla partnyorlara qazandırmaqla birgə uğura doğru addımlamaq

Biznes tərəfdaşlığının ən yaxşı nümunəsini formalaşdırmaqla birlikdən doğan gücün və imkanların coğrafiyasını genişləndirmək

Etibarlılıq
Yenilikçilik
Əməkdaşlıq